Afət Həsənova seçicilərlə görüşdü - FOTO
32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova seçiciləri ilə növbəti görüş keçirdi.
Redaktor.az xəbər verir ki, bu gün Suraxanı rayonunun Bülbülə qəsəbə sakinləri ilə S.Bəhlulzdə küçəsində yerləşən yeni parkda millət vəkili Afət Həsənova seçicilərlə görüşdə onları narahat edən problemləri dinləyib müvafiq hüquqi izahlar verib.
Eyni zamanda müəyyən məsələlərin operativ həlli məqsədi ilə aidiyyəti üzrə müraciətlər edərək icrası nəzarətə götürülüb.























