Banqkoka uçan təyyarə Bakıda məcburi eniş ETDİ

 20:51 19.11.2025     277

“Finnair” aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

Vumart və Güvən reklamı Vumart Güvən