Cavidan dəfn olundu - FOTO

 14:00 22.11.2025     331

Ötən gün Binəqədidə faciəvi şəkildə həlak olan 4 ofisiantdan biri - Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb. 

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib.

Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.

Xatırladaq ki, noyabrın 21-i Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vuraraq öldürüb. Faciəvi hadisə nəticəsində Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov həlak olublar.






Vumart və Güvən reklamı Vumart Güvən