Bakı-Qazax yolunda sıxlıq yarandı - Polisdən açıqlama

 20:31 23.11.2025     248

"Bakı-Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür".

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunan yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Vumart və Güvən reklamı Vumart Güvən