Yasamalda yanğında xəsarət alanlardan 4-ü özəl xəstəxanaya köçürüldü

 10:35 24.11.2025     333

Noyabrın 21-i Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4-ü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onlardan 1-i isə Yeni Klinikaya hospitalizasiya olunub.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən