Bakıda bəzi ərazilərdə qaz KƏSİLƏCƏK

 21:44 24.11.2025     303

Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu haqda Redaktor.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən