Bənövşəyi xətdə interval 5 dəqiqəyə ENDİRİLDİ

 16:59 25.11.2025     420

"Bakı Metropoliteni" QSC Bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.

Nəticədə "Avtovağzal–Xocəsən" sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal–8 Noyabr" sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Vumart və Güvən reklamı Vumart Güvən