Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ

 11:15 27.11.2025     272

"Azırbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 28 noyabr tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

2
Vumart və Güvən reklamı Vumart Güvən