Könül Vəlibəylinin qızının vəziyyəti AÇIQLANDI

 13:51 29.11.2025     481

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən