Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Məmməd İbrahimin evində axtarış APARILDI

 16:04 29.11.2025     485

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

Redaktor.az -ın əldə etdiyi məlumata görə, bu, DTX-də aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, M.İbrahim barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Xatırladaq ki, bu gün DTX tərəfindən AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən