Xalq şairi Nəriman Həsənzadənin VƏZİYYƏTİ

 10:53 02.12.2025     283

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.

“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən