Azərbaycanda yaşlı insanların sayı artır - AÇIQLAMA

 15:24 03.12.2025     346

"Azərbaycanda və dünyada demoqrafik vəziyyət göstərir ki, yaşlı əhalinin sayı sürətlə artır. Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi proqnoza görə, 2030-cu ildə dünya əhalisinin hər altı nəfərindən biri yaşlı olacaq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqladı.

O, əlavə etdi ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Bakı şəhərində 60 yaş və üzəri əhalinin ümumi əhali içində payı 2015-ci ildə təxminən 10,5% təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 18%-ə yüksəlib:

"Ümumilikdə Azərbaycan üzrə bu göstərici 2015-ci ildə 9,5% olduğu halda, 2025-ci ildə 15,5%-ə çatıb. Beləliklə, son 10 ildə ölkədə yaşlı əhalinin payı 6% artıb. Yaşlı əhalinin artması tibbi xidmətə tələbatı da yüksəldir. Bu məqsədlə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 2020-ci ildə gerontologiya və geriatriya sahəsi üzrə ixtisaslaşmış mərkəz yaradılıb. Mərkəz yarandığı gündən əsasən yaşlı insanların müraciət etdiyi tibb müəssisəsinə çevrilib".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən