AMEA-da aşan ağac girişi bağladı - İsa Həbibbəyli binaya daxil ola bilmədi - FOTO

 12:03 05.12.2025     365

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Redaktor.az manset.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli  akademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən