"Azəriqaz"ın rəhbəri Naftalanda qəbul keçirəcək
“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
Redaktor.az xəbər verir ki, qəbul 11 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Naftalan şəhərindən, Goranboy və Xocalı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-77-79) müraciət edə bilərlər.













