Xocalının bu kəndlərinə növbəti köç karvanları yola SALINDI

 12:20 11.12.2025     425

Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.

Redaktor.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürüləcək.

Vumart və Güvən reklamı Vumart Güvən