Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək? - İsa Həbibbəyli AÇIQLADI

 12:20 12.12.2025     471

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək.

Redaktor.az bu barədə APA-ya istinadla xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Vumart və Güvən reklamı Vumart Güvən