Bakı-Şamaxı yolunda ard-arda qoyulan eyni yol nişanları DİQQƏT ÇƏKDİ

 21:05 15.12.2025     463

Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən nişanların təkrarlanmasına səbəb köhnələrin yenisi ilə əvəz edilməsidir. Qeyd olunub ki, köhnə nişanlar yaxın zamanlarda söküləcək.

Vumart və Güvən reklamı Vumart Güvən