Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanıldı

 14:38 16.12.2025     359

Bakının Xətai rayonunda 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs müəyyən edilib.

Redaktor.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb.

Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən