Paşinyanın Rusiyada görüşünü pozmaq istədilər

 13:48 25.12.2025     310

Ermənistanın Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfəri zamanı onun Rusiyadakı erməni icması ilə görüşünü pozmaq üçün cəhdlər olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mediası parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.

“Baş nazirin Rusiya Federasiyasına səfərinin və erməni icması ilə görüşünün uğursuz keçməsi üçün böyük səylər göstərildi. Lakin bu baş tutmadı və baş tutmayacaq”, - Simonyan sosial şəbəkədə yazıb. O, Paşinyana qarşı mitinqə dəvət olunmağa çalışıldığını iddia edilən bir abunəçi ilə yazışmanın şəklini də paylaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən