Ağsuda mal-qara oğruları saxlanıldı - FOTO

 11:50 26.12.2025     316

Ağsuda mal-qara oğurlayan şəxslər saxlanılıb.

Redaktor.az xəbər verir ki, Ağsu rayonunun Kəlağayılı kəndində yerləşən örüş sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən 31 yaşlı Bahadur Rəhmanlı saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışı 33 yaşlı Əbülfəz Həşimli ilə əlbir olaraq İsmayıllı rayonunda da oğurluq etdikləri müəyyən olunub.

Ə.Həşimli də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən