Bu avtobusda gediş haqqı DƏYİŞDİ

 13:52 27.12.2025     603

Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. 

Redaktor.az milli.az-a istinadən xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.

Vumart və Güvən reklamı Vumart Güvən