Arzu Nağıyev vətəndaş qəbulu keçirdi - FOTO
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 27 dekabr tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
Redaktor.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər məşğulluq, sosial, kommunal və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.

















