Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana GƏTİRİLİR

 13:52 30.12.2025     376

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

Bu barədə Redaktor.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən