Sabah Bakıya sulu qar YAĞACAQ

 13:52 01.01.2026     317

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yağıntının intensivləşəcəyi ehtimalı var.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Vumart və Güvən reklamı Vumart Güvən