Sabah Bakının bəzi ərazilərində qaz OLMAYACAQ

 19:17 05.01.2026     458

Sabahdan Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən