Bəzi yerlərdə qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

 16:47 08.01.2026     610

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən