Ağdərənin 4 kəndinə köç karvanı yola SALINDI

 12:42 09.01.2026     289

Azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb.

Redaktor.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74 nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən