Mənzurə Musayevanın baş həkim olan qardaşı işdən çıxarıldı - FOTO - YENİLƏNİB
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, M.Musayev hazırda xəstəxanada həkim vəzifəsində çalışır: “1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş kadr dəyişikliyi ilə bağlı bildiririk ki, Mətləb Musayev öz ərizəsi ilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun əmri ilə tutduğu baş həkim vəzifəsindən azad olunub. O, ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib”.
***
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.













