Peşə məktəbindən tələbənin meyiti TAPILDI - YENİLƏNİB

 15:15 12.01.2026     716

12.01.2026-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. 

Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.

***

"Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb".

Redaktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb:

"Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

***

Gəncədə meyit tapılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məmməd Xələfov küçəsində yerləşən 2 saylı Peşə Litseyində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti Peşə Liseyinin həyatındən aşkarlanıb.

18 yaşlı gənc Peşə məktəbinin tələbəsi olub. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Gəncin meyiti müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.

Məlumata görə, 18 yaşlı gənc ürək tutmasından ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən