Sabah hava meteohəssas insanlar üçün necə OLACAQ?

 18:00 13.01.2026     451

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Məlumata görə, yanvarın 14-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir.

"Bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir", - məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən