Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavənin müddəti UZADILDI

 17:35 15.01.2026     284

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti aprel ayına qədər uzadılıb.

Vumart və Güvən reklamı Vumart Güvən