Milli Qəhrəman Şahin Tağıyev dəfn edildi - YENİLƏNİB

 11:51 16.01.2026     788

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, mərasimdə Ş.Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən sonra vəfat edib.

***
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin dəfn mərasimi keçirilir.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Hərbi Memorial Məzarlığına gətirilib.

Mərasimdə mərhumun yaxınları, dövlət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa aparılacaq.

Milli Qəhrəmanla vida mərasimi də Hərbi Memorial Məzarlıqda keçiriləcək.

Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün  vətənə gətirilib.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən