"Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar" - Qəzənfər Abbasov

 11:13 16.01.2026     384

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, Qəzənfər Abbasov bildirib ki, o, səhhəti ilə bağlı İrana gedib:

"Məni aeroportda bir saat və saatyarım saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni, başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər".

Vumart və Güvən reklamı Vumart Güvən