Bütün siyasi partiyalar reyestrində baş vermiş dəyişikliklər barədə məlumat verib - Nazirlik

 19:55 16.01.2026     456

Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim edir.

Vumart və Güvən reklamı Vumart Güvən