Metroda sərnişin ÖLDÜ

 12:13 17.01.2026     662

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Redaktor.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən