Bakı-Sumqayıt-Bakı ekspres qatarları bu ərazilərdə də DAYANACAQ

 13:34 21.01.2026     367

Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Redaktor.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd edilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən