3000 abonentin qazı KƏSİLƏCƏK

 15:01 22.01.2026     409

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Redaktor.az-a verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən