Bakıda ev yandı - Qardaş-bacının yanmış meyiti aşkar edildi - YENİLƏNİB

 17:16 23.01.2026     577

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Redaktor.az-ın əldə etdiyi xəbərə görə, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus 3 mərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb (APA).

***

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən