FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth etdi - FOTO

 13:15 26.01.2026     247

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.

Bu barədə Redaktor.az-a FHN-dən xəbər verilib.

Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən