Nəcəf Həsənov AzTV-də yeni vəzifəyə təyin EDİLDİ

 14:01 27.01.2026     785

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) yeni kadr təyinatı olub.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsi telejurnalist Nəcəf Həsənova həvalə olunub.

İndiyədək studiyanın direktoru vəzifəsində çalışan Vəli Əkbər isə bu postdan azad edilib.

Qeyd edək ki, Nəcəf Həsənov daha əvvəl “Xəzər” TV-nin baş redaktoru vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən