Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

 17:16 27.01.2026     713

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən