Paytaxtda bu küçədə hərəkət tam DAYANDIRILIR

 12:49 28.01.2026     469

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı Şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani  Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən