Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti VERİLİR

 12:52 28.01.2026     530

Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurumların siyahısına prokuror da əlavə edilir.

Bununla da prokurorlar sözügedən sahədə nəzarət səlahiyyəti əldə edirlər (“Qafqazinfo”).

Vumart və Güvən reklamı Vumart Güvən