Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb

 14:13 31.01.2026     346

Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.

Bu haqda Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.

Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən