Ağsuda Gənclər Günü ilə əlaqədar tədbir keçirildi - FOTO

 15:27 02.02.2026     696

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar Ağsu rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdeyaları ilə yetişən Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavidoğlu və Ağsu rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Seyran Dəmirov öz çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, Ümummilli Liderin təşəbbüsü ilə keçirilən gənclərin forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə o cümlədən rayonumuzda gənclərin inkişafı üçün yaradılan şəraitdən geniş bəhs ediblər.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən gənclər YAP Ağsu rayon təşkilatı tərəfindən təltif olunub.

 

2222222222222
Vumart və Güvən reklamı Vumart Güvən