"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİDİR

 22:01 06.02.2026     1121

Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən