Fəzail Ağamalı dəfn EDİLDİ - YENİLƏNİB
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı dəfn edilib.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, mərhumun nəşi Sabunçu rayonu Ramana qəbiristanlığına torpağa tapşırılıb.
***
Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, vida mərasimisindən sonra F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.













