Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır

 12:45 10.02.2026     244

Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən