Polis qarlı hava ilə əlaqədar təhlükəsizlik tədbirləri görür - VİDEO

 11:06 11.02.2026     245

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub. 

Redaktor.az xəbər verir ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir. 

Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən