Ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır - VİDEO

 12:41 11.02.2026     284

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Redaktor.az-a AAYDA-dan məlumat verilib.

Qeyd olunur ki, agentliyin balansında olan bütün avtomobil yolları fasiləsiz nəzarətdə saxlanılır. Qar yağan və buzlaşma müşahidə olunan ərazilərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz operativ tədbirlər görülür.

Görülən tədbirlər vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına xidmət edir.

Vumart və Güvən reklamı Vumart Güvən